Interposta.Info

Neft bazarında qiymətlər qalxacaq

İqtisadiyyat
 6-12-2018, 19:44     380

OPEC neft hasilatın 1 milyon barel azaldır; Səudiyyə Ərəbistanı və Rusiya Amerikaya qarşı birləşir; Azərbaycan da bu sırada yer alır

Oktyabrdan başlayaraq neftin qiymətində aşağıya doğru sürüşmə gedir. Bu tendensiya bir çox dövlətlər tərəfindən alqışlanır. Neft hasil edən ölkələr isə bundan narahatdır. Sirr deyil ki, ABŞ neftin qiymətinin aşağı olmasında maraqlıdır. Prezident Donald Trampın Twitter-də bu məsələ ilə bağlı fikrini birmənalı olaraq ifadə etmişdi: "Ümid edirəm ki, OPEC neftin indiki səviyyədə hasilatını saxlayacaq, hasilatda məhdudiyyətə yol verməyəcək. Dünya (ölkələri) neftin qiymətinin yüksəlişini nə görmək istəyir, nə də buna ehtiyac var".

Amma Səudiyyə Ərəbistanı başda olmaqla OPEC ölkələri mövcud durumdan razı deyil və bunu açıq şəkildə, bir az da kəskin formada ifadə etməkdən çəkinmirlər. Səudiyyə krallığının enerji naziri Khalid Al-Falih bəyan edib ki, hər gün 1 milyon barel neftin qa hasil olunması OPEC-in xeyrinə olardı. Nazir onu da vurğulayıb ki, OPEC-ə daxil olmayan, amma neft hasil edən ölkələr də (OPEC Plus) neft hasilatının azaldılması ilə bağlı müzakirələrdə iştirakı önəmlidir. Razılığa gəlmək üçün bütün variantlar nəzərdən keçirilməlidir. Avstriya paytaxtı Vyanada OPEC-in bu gün keçirilən görüşündə nazir onu da bildirib ki, biz neft bazarında müvazinəti bərpa etmək üçün hasilatı kifayət səviyyədə azaltmağı düşünürük.

Səudiyyəli nazirin İraqlı həmkarı Thamir Ghadhban isə deyib: " Mən razılaşmanın bazarda stabillik yaradacağına əminəm, bu, neftin qiymətinin aşağı sürüşməsinin qarşısın alacaq".

Səudiyyəli nazirin aşağıdakı fikirləri isə xüsusi ilə önəmlidir:"Biz neft hasilatını azaltmaq üçün kimdənsə icazə almağa ehtiyaz duymuruq". Onun aşağıdakı fikri isə daha kəskin olub: "ABŞ bizə nəyi və necə etmək haqqına sahib deyil"...

Şübhəsiz ki, bu məsələdə OPEC Plus-da xüsusi çəkisi olan Rusiya da OPEC ölkələri ilə eyni marağı paylaşır. Rəsmi Moskva da neft hasilatının azaldılmasına razıdır. Təbii ki, Azərbaycan da bu sırada yer alır. Neftin ucuzlaşması Azərbaycanın milli və dövlət maraqlarına ziddir...

O da maraqlıdır ki, gələn ilin yanvarından Qətər OPEC-dən çıxır./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26