Ötən il OPEC-in neft hasilatı 6 faiz azalıb

OPEC-ə üzv ölkələrin ümumi neft hasilatı 2019-cu ildə 6 faiz aşağı düşüb.
"İnterPosta"xəbər verir ki, bu barədə OPEC-in illik hesabatında qeyd olunub. Bu, gündəlik hasilatın 1,86 milyon barel azalması deməkdir. OPEC-ə üzv olmayan ölkələrin müvafiq dövrdə hasilatı isə 2,9 faiz artıb ki, bu da gündəlik 1,30 milyon barel təşkil edir.
OPEC-in məlumatına görə, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu ildə də dünyanın ən böyük neft ixracatçıları ünvanını qoruyublar.
Neft tələbində artım olan bölgələr isə Asiya-Sakit Okean, Afrika və Yaxın Şərq olub./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26