Interposta.Info

Azərbaycanda qızılın qiyməti 20 aylıq minimuma endi

İqtisadiyyat
 17-08-2018, 09:01     10 412

Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir.

"XeberBiz" "Trend”ə istinadən məlumatına görə, avqustun 16-da qızılın qiyməti avqustun 15-i ilə müqayisədə 23,528 manat azalaraq 1 troy unsiyası üçün 1995,6725 manat təşkil edib.

Beləliklə, qızıl Azərbaycan 20 aylıq minimumadək enib. Sonuncu dəfə qızılın qiyməti 2 min manatdan aşağı həddə 2016-cı il dekabrın 28-də düşmüşdü (1997,5722).
Gümüş 0,7605 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6758 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 30,3965 manat azalaraq 1313,1735 manat, palladiumun qiyməti isə 62,237 manat azalaraq 1457,75 manat təşkil edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26