Interposta.Info

Azərbaycanda bu şirkət məhsullarını bahalaşdırdı

İqtisadiyyat
 10-08-2018, 11:51     10 392

Azərbaycanın aparıcı sement istehsalçısı – "Norm” MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.

"XeberBiz" "Report”a istinadən məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

"Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26