Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
Bu ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayırmalar 6,6% artırılaraq 2 343,047 mln. manata çatdırılacaq.
"XeberBiz" "Report”a istinadən xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, artım sosial müdafiə xərclərinin 145,865 mln. manat və yaxud 6,7% artırılaraq 2 163,42 mln. manat olması hesabına planlaşdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26