Interposta.Info

Aİ-92 benzininin istehsalının dayandırılması qiymət artımına səbəb ola bilərmi?

İqtisadiyyat
 1-06-2018, 15:36     10 392

“Hər il neftayırma zavodları təmirə dayananda hökümət idxalla əlaqədar daxili bazarda qiymətlərin bahalaşmaması üçün idxal vergisini sıfıra endirir”

“Ölkəyə idxal olunan benzində dövlət tənzimlənməsi olmasa da, 6 ay və ya ildə bir dəfə qiymətləri korreksiya olunur”.

"XeberBiz" xəbər verir ki, bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban müəyyən müddətlik Azərbaycanda Aİ-92 benzinin istehsal olunmamasının təsirlərini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov məlumat verib. Belə ki, Neft Emalı Zavodunda istehsal 1 ay ərzində dayandırıla bilər və bu üzdən Azərbaycanda Aİ-92 benzini istehsal olunmayacaq. Əgər Aİ-92 markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq. Bu da məumdur ki, ötən həftə Rusiyada benzin kəskin bahalaşıb. Bu Azərbaycanda da benzinin bahalaşmasına yol aça bilərmi?

Aİ-92 benzininin istehsalının dayandırılması qiymət artımına səbəb ola bilərmi?

İlham Şaban: “Rusiyadan ixrac olunacaq benzin bu və ya digər şəkildə qiymətin artımı ilə əlaqələndirilmir”.

Əgər Rusiyadan neft ixrac olunarsa, bunun benzin qiymətinə təsir etməyəcəyini vurğulayan neft sənayesi üzrə ekspert İlham Şabana görə, qiymətlər dövlət tərəfindən tənzimlənir:

“Azərbaycanın xarici bazarlarla heç bir əlaqəsi yoxdur. Ona görə də ölkə daxilindəki benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. Ölkəyə idxal olunan benzində dövlət tənzimlənməsi olmasa da, 6 ay və ya ildə bir dəfə qiymətləri korreksiya olunur. Bu baxımdan Rusiyadan ixrac olunacaq benzin bu və ya digər şəkildə qiymətin artımı ilə əlaqələndirilmir.

Digər tərəfdən, hər il neftayırma zavodları təmirə dayananda hökümət idxalla əlaqədar daxili bazarda qiymətlərin bahalaşmaması üçün idxal vergisini sıfıra endirir. Bu, təqribən 1 ay və ya 40 gün müddətinə şamil olunur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26