Rusiyanın Hesablama Palatasının sədri: Neftin qiyməti 50 dollara düşəcək
Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin bəyan edib ki, yaxın 2-3 il ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına düşəcək.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda danışıb.
"Anlayırıq, hazırda neft bahadır, qiymət artımı baş verib və çox güman ki, Rusiya ehtiyatlarını xərcləməyəcək, lakin neftin qiyməti 2-3 ildən sonra 50 dollara düşə bilər", - deyə A.Kudrin qeyd edib.
Xatırladaq ki, bundan öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, onun rəhbərlik etdiyi qurum neftin qiymətini proqnozlaşdıra bilmir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26