Interposta.Info

Neftin bir bareli 56,91 dollara qədər bahalaşıb

İqtisadiyyat
 21-06-2019, 09:18     10 336

Cümə axşamı Nyu-York birjasında neftin qiyməti İranın Amerika pilotsuz uçan aparatını vurması xəbərindən sonra 5 faizdən çox artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, neftin avqust fyuçersinin qiyməti 5,45% və ya 2,94 dollar artaraq bir barel üçün 56,91 dollara çatıb.

Birjadakı vəziyyəti şərh edən CNN teleşirkəti qeyd edir ki, neftin qiymət artımı bazar iştirakçılarının Fars körfəzi ərazisindən neft tədarüklərində hər hansı bir pozuntunun yarana biləcəyi qorxusu ilə bağlıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26