Interposta.Info

Manatın devalvasiyası kimə sərf edir?

İqtisadiyyat
 4-01-2018, 12:34     10 454

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu yazır

Hazırda dünya bazarında Azərbaycan neftinin 1 bareli 70 dollara və ya 119 manata satılır.

Ölkədə büdcə gəlirləri və xərclərinin uçotu manatla aparılır, daxildə bütün hesablaşmalar, o sıradan da əmək haqqı və pensiyalar da manatla ödənilir. İndi özünüz nəticə çıxarın, manatın kəskin devalvasiyasından kimlər bəhrələnir. Əlbəttə də ki, ilk növbədə gəlirləri və sərvətləri ədalətsiz bölüşdürən mövcud hakimiyyət.

2-3 il əvvəl neftin 1 barelini 110 dollara satıb 86 manat qazananlar, indi onu 70 dollara satıb 119 manat qazanırlar. Devalvasiyaya minnətdar olmaqla yenə də bu əməliyyatdan faydalanan onlar, itirən isə qiymətlərin bahalaşmasından, gəlirlərinin (əgər varsa) dəyərsizləşməsindən, kredit borclarının şişməsindən, iş yerlərinin bağlanmasından əziyyət çəkən sadə və dözümlü Azərbaycan xalqıdır.

Hələ bütün bunlar azmış kimi, hazırkı hakimiyyət 2018-ci ildən zavallı xalqı cərimələri, dəbbə pullarını, rüsumları və aksiz vergilərini artırmaqla daha çox yükləməyə başlayıb. Ona görə də düz deyirlər ki, iqtisadi artım dövründən faydalananlar, böhrandan da bərhələnirlər.
Qorx ki, manatın devalvasiyasından bəhrələnənlərin iştahı bir az da arta, onda onlar hətta üçüncü devalvasiyaya da gedib, 1 barel neft satışından qazanclarını 150 manatadək artıra bilərlər. Allah bizi o gündən qorusun! Görünür ki, bu lənətə gəlmiş neft tükənməsə və ya ucuzlaşmasa ölkədə nə dayanıqlı iqtisadiyyat olacaq, nə də islahat.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26