Interposta.Info

“Forbes”: “Azərbaycan biznes üçün ən yaxşı ölkələr sırasındadır”

İqtisadiyyat
 23-12-2017, 14:48     10 548

Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib olunan “Biznes üçün ən yaxşı ölkələr - 2018” adlı reytinqdə 70-ci yeri tutub

Reytinq 153 ölkəni əhatə edir.

Siyahı Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub.

Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar.

Qonşu dövlətlərin reytinqdəki yerlərinə gəlincə, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.

Reytinqin lideri Böyük Britaniyadır. Bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr izləyir. (1news.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26