Interposta.Info

Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

İqtisadiyyat
 13-12-2017, 19:04     8 826

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

"XeberBiz" “Report”-a istinadən xəbər verir ki, hərraca 11 investor qiyməti 98,8472 manat (14,99%) – 99,2278 manat (10,01%) olan 14 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0443 manat (12,41%) müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 10 yanvar 2018-ci ildir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26