Interposta.Info

İlin sonuna qədər bankların kapitallaşma proqramı tam yerinə yetiriləcək

İqtisadiyyat
 23-11-2017, 13:35     7 459

“İlin sonuna qədər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların kapitallaşma proqramı tam yerinə yetiriləcək”.

interposta.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, hal-hazırda bank sektorunda kapitallaşma kifayət qədərdir. “Beynəlxalq təcrübədə kapital adekvatlığı 8%-dirsə, Azərbaycanda bu, 10% səviyyəsində müəyyən olunub. Devalvasiyadan sonra bank sektoru kapitalının 60%-ni itirsə də, hazırda sektorun kapitalı 3 mlrd. manatın üzərindədir. Beynəlxalq Bankın restrukturizasiyası və toksik aktivlərinin “Aqrarkredit”ə ötürülməsi yekun mərhələdədir, demək olar ki, bitib. Digər banklar üzrə kapital proqramına uyğun olaraq kapitallaşma həyata keçirilir”, - deyə A.Zülfüqarov qeyd edib.

Palata rəsmisi əlavə edib ki, cari il ərzində 834 mln. manat həcmində səhmdar kapitalı birbaşa kapitala inyeksiya edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26