"Səba Broyler"in rəhbərindən şikayət
Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək "Səba Broyler" şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edir.
interposta.info Qlobal.az-a müraciət edən Beyləqan rayon sakini Qoşqar Şirinov iddia edir ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq Quliyevi taxılçılıq adı altında onlardan alıb. Belə ki, "Qarabağ Taxıl" MMC "Qoşqar" kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.
Qanuna görə sahibkar fermerə məxsus torpaq sahəsi şirkətə verilirsə sahibkara dövlət tərəfindən hesablanmış kompensasiya verilir. Qeyd edilən kompensasiyanı isə dövlət Namiq Quliyevin şirkətinə köçürüb. Ancaq 5 ildir Şirinovlar ailəsi həmin vəsaitə həsrət qalıblar. Yalnız 2 min manat vəsait aldığını deyən Qoşqar Şirinov dəfələrə şirkət rəhbəri Namiq Quliyevin qəbulunda olsa da sonda heç bir nəticə dəyişməyib.
Neçə ildir Namiq Quliyevin özbaşınalığı ilə üzləşən şikayətçi saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edərək "Səba Broyler"in qanunsuz əməllərindən təngə gəldiyini bildirir.
Qoşqar Şirinov yazır:
"Ailəmizə məxsus 14 ha torpaq sahəsini Namiq Quliyevin şirkəti tərəfindən alınmış və bizə düşən kompensasiya 4 ildir verilmir. Sizin alicənablığınız, vətəndaş üçün dayanmadan gecə-gündüz çalışmalarınız məhz Namiq Quliyev kimi vətəndaşı incidən sahibkarlar tərəfindən kölgə altına düşür.
Cənab Prezident!
Sizdən bir vətəndaş kimi xahiş edirəm ailəmizə verilməli olan kompensasiyanın bizə ödənilməsində köməklik edin. Hazırda ailəmdə ağır xəstə olduğu üçün bu vəsaitə ciddi ehtiyacım var. Mən bir Azərbaycan vətəndaşı olaraq sizə müraciət edərək, Namiq Quliyev kimi saxtakar birisinin ailəmizin haqqını mənimsəməsinin qarşısının alınmasına köməklik etməyinizi xahiş edirəm".
Qeyd edək ki, "Səba Broyler" şirkətinin rəhbəri Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Namiq Quliyevin vətəndaşları aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb. Bu yaxınlarda mediada Füzuli rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə "Səba Broyler”ə verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi ilə bağlı şikayətlər yer almışdı. Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq Quliyev "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli torpaq sahələri əkib.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəf də münasibət bildirə bilər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26