Interposta.Info

Borclu vətəndaşları hədələyə bilməyəcəklər - Qanun

İqtisadiyyat
 10-11-2017, 13:01     11 843

Nümayəndəlik institutunun ləğvi bank kollektorlarının fəaliyyətinə də son qoydu. Yeni ildən hamısı fəaliyyətini dayandırmalıdır! İnstitutun ləğvi bunu tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri bank eksperti, hüquqşünas Əkrəm Həsənov nümayəndəlik institutunun ləğvinin müsbət tərəfləri barədə danışarkən deyib.

Ə.Həsənovun sözlərin görə, əvvəl banklar borclular haqda məlumatı kollektorlara məhkəmə işlərinin aparılması üçün verdiklərini bildirirdilər. Bundan sonra isə banklar bu arqumentdən istifadə edə bilməyəcəklər:

“Borclulara ən böyük təzyiqi kollektorlar edirdi. Borcluları təqib, zəng edirlər, hədələyir, hətta söyürdülər və s. Halbuki kollektorlara borclu haqda məlumatın verilməsi belə bank sirrinin pozulmasıdır.

Yanvarın 1-dən hüquqi şəxsləri məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Bu bank sirrinin pozulmasıdır!”

Ə.Həsənov bildirib ki, yeni ildən bütün kollektorlar fəaliyyətini dayandırmalıdır:

“Onlara indidən xəbərdarlıq edirəm, yeni ildən fəaliyyətlərini dayandırmasalar, onları və bankları bir-bir ifşa edib haqlarında hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, sonuncular dövlət başçısının imzaladığı son qanunun icrasına ciddi nəzarət edəcəklər.

Kollektorların borclulara zəng etmək, harasa dəvət etmək və s. hüququ artıq yoxdur!”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26