Interposta.Info

Neftin sürətlə bahalaşmasının səbəbi (ŞƏRH)

İqtisadiyyat
 18-09-2017, 12:29     10 343

"Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 milyon barelə düşməsi və Harvey qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır".

"Qaynarinfo" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayrmov son günlər neftin sürətlə bahalaşmasının şərh edərkən bildirib.

Onun sözlərinə görə, dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir.
Neftin sürətlə bahalaşmasının səbəbi (ŞƏRH)


“Qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazıllq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir. Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon bareldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanı zamanını uzatmaqla bağlı artıq indidən danışıqlara başlayıb. Bununla belə, hələlik neftin dünya bazarında kəskin qiymət artımları proqnozlaşdırılmır. ABŞ-da qasırğanın ziyan vurduğu quyularda nefti hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr yüksələn neftin dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar”, - Vüqar Bayramov bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26