Interposta.Info

İş adamlarının forumu niyə təxirə salındı?

İqtisadiyyat
 21-08-2017, 15:38     9 788

“Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi üzərində daha geniş fəaliyyət aparmaq lazımdır”

APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

O bildirib ki, dünyada azərbaycanlı iş adamlarının sayı çoxdur: “Buraya 100-200 iş adamını çağırıb, minlərlə iş adamını isə, istəyi olduğu halda, çağırmamaq doğru deyil. Ona görə də bu tədbiri daha geniş miqyasda keçirmək lazımdır. Bu istiqamətdə fəaliyyət aparılır”.

Qeyd edək ki, 28-29 oktyabr 2016-cı il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salınıb. Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı yaydığı məlumatda bildirib ki, forumun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb.

Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda təşkilini məqsədəuyğun sayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26