Interposta.Info

Tacikistan nümayəndə heyəti STP-nin fəaliyyəti ilə tanış olub

İqtisadiyyat
 18-07-2017, 13:22     671

Ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanış olub.

interposta.info xəbər verir ki, qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 13 zavod və 25-dən artıq istehsal sahəsi işə salınıb. Qısa bir zamanda layihə əsasında daha bir neçə müəssisə də istifadayə veriləcək.


Fəaliyyət göstərən zavodlar, istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyəti STP-nin Kabel zavodunun istehsal etdiyi ifrat yüksək gərginlikli kabellərə xüsusi maraq göstərib.

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd edib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu bildirib.

interposta.info
Tacikistan nümayəndə heyəti STP-nin fəaliyyəti ilə tanış olub
Tacikistan nümayəndə heyəti STP-nin fəaliyyəti ilə tanış olub
Tacikistan nümayəndə heyəti STP-nin fəaliyyəti ilə tanış olub
Tacikistan nümayəndə heyəti STP-nin fəaliyyəti ilə tanış olub

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26