Interposta.Info

Azərbaycanın iri bankı “çox yüksək riskli” elan edildi

İqtisadiyyat
 15-06-2017, 13:50     695

Azərbaycanda aktivlərinin həcminə görə 4-cü böyük bank olan “Xalq Bank” ASC “çox yüksək riskli” bank elan edildi

“Marja” xəbər verir ki, nüfuzlu kredit reytinqi agentliyi “Moody’s Investors Service” “Xalq Bank”ın kredit reytinqini (kredit ödəmə qabiliyyətinin baza səviyyəsini)”b3″-dən “caa1″ə, uzunmüddəli depozit reytinqini isə “B2″dən “B3″ən endirib, proqnoz isə “neqativ”dir.


Agentliyə görə, “Xalq Bank”ın aktivləri və gəlirliliyi təzyiq altındadır.

“Moody’s” bildirir ki, reytinqlərin azaldılması, Manatın devalvasiyalarının mənfi təsiri fonunda davamlı əlverişsiz şəraitdə fəaliyyət göstərən bankların kapital buferlərinin, maliyyələşmələrinin və likvidliklərinin pisləşməsini əks etdirir.

“Moody’s”in reytinq cədvəlinə görə, “caa1″ səviyyəsinin açıqlaması “Çox yüksək kredit riski”, “B3” səviyyəsinin açqılaması isə “önəmli dərəcədə spekulyativ” deməkdir (Spekulyativ xarakterli, yüksək kredit riski).

2016-ci ilin yekunlarına görə, Xalq Bankın cəmi kredit portfelinin 14.7% problemlidir.

Kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments (BCAs) xarici dəstək olmadan bankın defolt ehtimalını təsvir edir.

Banka kredit reytiniqi təyin edilərkən sistem riskləri, bankın maliyyə vəziyyəti , ölkədəki makro vəziyyət təhlil edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26