Interposta.Info

Bank üzrə ekspert:

İqtisadiyyat
 4-04-2017, 21:17     703

Əkrəm Həsənov: “Subyektiv səbəblərdən dolayı problemli bankların bağlasılması prosesi uzadılır”

“Uzağı payızda Mərkəzi Bank dövriyyədəki pul kütləsini artırmağa məcbur olacaq. Dərhal və ya tədricən devalvasiya qaçılmazdır”.

interposta.info xəbər verir ki, bu sözləri Pia.az-a bank üzrə ekspert Əkrəm Həsənov “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı proqnozunu şər edərkən bildirib.

Qeyd edək ki, bir çox ekspertlər 2017-ci ilin sonuna qədər manatın məzənnəsinin sabit qalacağı barədə proqnozlar verirlər. Manatın sabitliyini təmin edən hansı iqtisadi amillərdir və gözlənilməz devalvasiya ehtimalı varmı?


Eyni zamanda “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır. Agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır və bank sektorunda "təmizləmə" davam edəcək. Beynəlxalq reytinq agentliyinin proqnozu barədə nə deyə bilərsiniz? Əsasən hansı banklar problemli banklar hesab olunur və bu bankların bağlanması Azərbaycanda bank sektorunda normal atmosfer şəraiti yarada bilərmi?
Bank üzrə ekspert:


Əkrəm Həsənov: “Ola bilsin ki, ilin sonuna dolların məzənnəsi 2.5 AZN-ə yaxınlaşsın”.

Devalvasiya ehtimalının qaçınılmaz olduğunu vurğulayan bank üzrə ekspert Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bankın indiki siyasəti uzunmüddətli ola bilməyəcək:

“Manatın məzənnəsinin ilin sonunadək sabit qalması yalnız bir halda mümkündür: ticarət əqdlərinin pul deyil, natural formada həyata keçirilməsinə keçid yolu ilə. Yəni manatın cari bahalaşması sırf Mərkəzi Bank tərəfindən manat kütləsini sıxması ilə bağlıdır. Son 2 ildə manat kütləsini 4 dəfə azaldıb. Yəni iqtisadi dövriyyəni təmin etmək üçün kifayət qədər manat yoxdur. Bəzi dövlət qurumları hətta aylardır əmək haqqı vermir. Ödəniş sistemi iflic olub, pul çatmadığı üçün ödənişlər gecikdirilir. Pul da əmtəədir. Hər hansı əmtəə miqdarca azalanda dəyəri artır. Manatın da miqdarını süni azaldıblar ki, bahalaşsın. Amma təbii, bu siyasət çox davam edə bilməz, əks halda, iqtisadiyyat tam iflic ola, çökə bilər. Ya da ki, qədim dövrlərə geriyələyəcəyik: natural təsərrüfat formasına.

Güman edirəm ki, uzağı payızda Mərkəzi Bank dövriyyədəki pul kütləsini artırmağa məcbur olacaq. Dərhal və ya tədricən devalvasiya qaçılmazdır. Dollar nəinki 2 manatı keçəcək, ola bilsin ki, ilin sonuna hətta 2,5-ə də yaxınlaşdı. Yəqin ki, tədricən olacaq. Xatırladıram ki, ötən ilin də baharında manat məhkəmləndi, amma yaydan başlayaraq tədricən yenidən kəskin ucuzlaşdı”.

Əkrəm Həsənov: “Pis banklar mütləq bağlanmalıdır ki, xərçəng xəstəliyi kimi sağlam bankları da yoluxdurmasınlar”.

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı proqnozuna da münasibət bildirən Əkrəm Həsənov hesab edir ki, problemli bankların bağlanması bank sektorunun inkişafına müsbət təsir göstərəcək:

“Bankların bağlanma prosesinin davamı qaçılmazdır. Çünki xeyli bank var ki, problemli krediti arta-arta gedir və bu səbəbdən öz borclarını, xüsusilə əmanətləri qaytara bilmir. Bu gün artıq bir neçə bank aylardır ki, əmanətləri qaytarmır. Əslində, dövlət ya onlara kredit verməli, ya da bağlamalıdır. Kredit vermir, çünki kredit batacaq. Deməli, bu cür bankları yaxında bağlayacaq. Pis banklar mütləq bağlanmalıdır ki, xərçəng xəstəliyi kimi sağlam bankları da yoluxdurmasınlar. Amma biz də bu proseslər çox ləng aparılır. Əsasən də subyektiv səbəblərdən dolayı bu proses uzadılır. "Üz üzdən utanır", "duz-çörək kəsmişik", "əl əli yuyur, əl də üzü" kimi yanaşmalar, qohumluq, dostluq, nəhayət korrupsion münasiblətlər və sair var. Müqayisə üçün Rusiya bu məsələdə çox sərt və ardıcıldır: pisləri bağlayırlar. Buna görə də Rusiya böhrandan daha az itki ilə çıxır, problemlərin öhdəsindən daha yaxşı gəlir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26