Interposta.Info

1,7 manat həddindən kəskin bahalaşmaya keçid? -

İqtisadiyyat
 16-04-2017, 00:01     1 772

Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə aprel ayının dördüncü valyuta hərracı keçirilib. Valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.

Sonuncu hərracda USD/AZN cütlüyünün məzənnəsi 1,7029 səviyyəsində müəyyən edilmişdi.

Analitiklərin fikrincə ki, AMB son iki valyuta hərracında dolların rəsmi məzənnəsinin 1,70 AZN/USD səviyyəsindən aşağı salmaq istəmədiyini göstərib.

Sabitləşmə yarandıqdan sonra isə neft qiymətlərində artım davam edərsə, dolların ucuzlaşması prosesi yenidən davam edə bilər. Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur.

2008-2009-cı illərdəki böhran zamanı dolların məzənnəsi bahalaşdı. O dövrdə dolların 0,78 manat həddə formalaşması 4-5 ilə başa gəlmişdi. Buna paralel olaraq ölkə iqtisadiyyatı dolların ucuzlaşmasına tədricən adaptasiya prosesini keçmişdi. Buna görə dolların kəskin ucuzlaşması inandırıcı deyil. Baxmayaraq ki, Mərkəzi Bank hazırda sərbəst üzən məzənnə sisteminə keçid tətbiq edir, dövlət öz tənzimləməsilə dolların qısa müddətli perspektivdə birdən ucuzlaşmasına imkan verməyəcək. Çünki, ölkə iqtisadiyyatı indiki məzənnəyə adaptasiya prosesini keçir. 2017-ci ili ağır qeyri-stabil dövrdən ağır stabil dövrə keçid kimi qiymətləndirmək olar. Dünya bazarında neftin qiymətinin artması fonunda qısa müddətli perspektivdə dolların kəskin ucuzlaşması müşahidə edilməyəcək. 2018-ci ildə inkişaf müşahidə olunsa, dolların əvvəlki məzənnəyə çatdırılması ancaq uzunmüddətli perspektivdə mümkün olacaq. Lakin ilin sonuna kimi dolların məzənnəsinin qalxma ehtimali var. Bu ehtimal vergi və digər büdcə gəlirləri ilə bağlı planın yerinə yetirilməsindən asılıdır. Çünki bu planlar yerinə yetirilsə, Neft Fonduna valyuta ehtiyatlarının qənaətinə ehtiyac olmayacaq. Lakin, büdcənin gəlir planları yerinə yetirilməsə, Neft Fondu üçün manatın ucuzlaşması valyuta ehtiyatlarına qənaət etmək üçün səbəb olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26