Interposta.Info

“Neftin qiyməti şişirdilir” -

İqtisadiyyat
 14-04-2017, 16:36     567

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% artaraq 53,18 dollar təşkil edib.

ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% artaraq 55,89 dollar olub.

Bəs görəsən, hazırda neftin qiymətində müşahidə olunan artım davamlı olacaq, yoxsa müvəqqəti xarakter daşıyır?


interposta.info xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BakiPost.az-a açıqlamasında bildirib ki, dünyada baş verən bir çox hadisələrə görə neftin qiyməti də qalxıb: "Bazarda neftin qiyməti bu ayın əvvəlindən faktiki olaraq bir həftədən çoxdur ki, 55 dollardan yuxarı bir səviyyədədir. Yəni 55-56 dollar arasında cərəyan edir. Bu əsasən geopolitik faktorlarla əlaqədardır. Son bir həftədə dünyada cərəyan edən hadisələr neft amilini qızdırır, nəin ki burada tələb, təklif və ya neft bazarına təsir edən iqtisadi xəbərlər. Suriyadakı faktorlar, ABŞ-ın gözlənilmədən Suriyaya raket zərbələri endirməsi neftin qiymətinin 2 dollardan çox bahalaşmasına gətirib çıxardı.

Düzdür, ondan əvvəl neftin qiyməti 51 dollara kimi ucuzlaşmışdı. Burada pessimist fikirlər də vardı. Neftin qiymətinin təqribən 53 dollara kimi bahalaşmasında OPEK ölkələri nazirlərinin bəzilərinin mayın 25-də OPEK-in Vyanada keçiriləcək növbəti toplantısında bu kvotalara yenidən baxılması və onun azaldılması kimi fikirlərin səsləndirməsi müsbət reaksiya doğurdu. Neftin qiyməti artmağa başladı.

Amma sonrakı addımlara bazarın qızdırılması deyilir. Bu sırf geopolitik və geosiyasi amillərlə bağlıdır.

Trampın heç kimin gözləmədiyi halda Şimali Koreyanı hədələməsi də. gərginliyin saxlanılmasına dəlalət edir. Məhz bunun nəticəsi olaraq neftin qiymətində birdən-birə onun qızdırılması kimi əlamətlər var ki, qiymət 55-60 dəhlizinə keçib”.
“Neftin qiyməti şişirdilir” -


İ.Şabanın sözlərinə görə, ABŞ-da gündəlik neft hasilatı artıq 9 milyon 230 min barelə çatıb: "Yəni artıq son 3 ay ərzində Amerika öz hasilatını 200 min barel artırıb. Düzdür, bazarda qeyd edirlər ki, OPEK neft hasilatını azaldır. Amma OPEK bunu oktyabr göstəricilərinə görə həyata keçirir. Çünki həmin vaxt bazara bu qədər yüksək şişirdilmiş rəqəmlər çıxardılmamışdı”.

İlham Şaban qeyd edib ki, neftin bugünkü qiymətinin 55 dollar olması real qiymət deyil: "Yəni bu, neftin qızdırılmış qiymətidir. Mayın 25-də Vyanada toplantı olacaq. Əgər ona kimi geopolitik aləmdə səngimələr olsa, baş verənlərin normal neft bazarına atıq hər hansı təsiri olmasa qiymət düşə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26