Interposta.Info

Brent markalı neftin qiyməti 2014-cü ildən etibarən ilk dəfə 78 dolları ötüb

İqtisadiyyat
 14-05-2018, 21:02     10 399

Dünya birjalarında neft bahalaşmaqdadır.

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22% artaraq 78,06 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2014- cü il, noyabrın 26-dan etibarən ilk dəfə olaraq 78 dolları ötüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58% artaraq 71,11 dollar təşkil edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26