Interposta.Info

Manat əksər xarici valyutalara

İqtisadiyyat
 16-01-2017, 06:39     579

Manat əksər xarici valyutalara
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 16-a olan məzənnəsini açıqlayıb.

AMB-dən Ölkə.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7867 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8970 manatdan 1,8959 manatadək azalıb. Rublun məzənnəsi 0,0301 manatdan 0,0300 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4742 manatdan 0,4754 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdan 2,1495 manatadək azalıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6527 manatdan 0,6589 manatadək bahalaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26