Interposta.Info

Dollar bu gün neçəyədir? -

İqtisadiyyat
 5-01-2017, 10:44     656

 Dollar bu gün neçəyədir? -

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən interposta.info-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4967 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,4%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% zəifləyərək 0,6564 manat olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26