Interposta.Info

“Qazprom” İrəvana verəcəyi qazın miqdarını açıqladı

İqtisadiyyat
 14-01-2017, 18:44     559

“Qazprom” İrəvana verəcəyi qazın miqdarını açıqladı
“Qazprom eksport” Ermənistana bu il ərzində 2-2,2 milyard kub metr qaz tədarük edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qazprom eskport”un mətbuat xidməti yayıb.

Qaz nəqli Gürcüstan ərazisi vasitəsilə həyata keçiriləcək. Şirkət həmçinin lazım olacağı təqdirdə Gürcüstana da qazı 2016-cı ildən fərqli olaraq 30 dollar aşağı qiymətə sata biləcəyini söyləyib.

Qeyd edək ki, Gürcüstan 2007-ci ildən bu yana Rusiyadan qaz almır. Onun qaza olan tələbatının 90%-ni Azərbaycan ödəyir.

Tiflislə “Qazprom” yeni qaz müqaviləsi imzalayacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisində keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı il 31 dekabra qədər tranzit qarşılığında Rusiyadan Ermənistana gedən qazın ümumi həcminin 10%-ni əldə edirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26