Interposta.Info

Rusiya türk qazından birdəfəlik imtina edir

Dünya
 4-04-2017, 19:09     664

“Qazprom” Türkmənistandan qaz alışını yeniləməyi planlaşdırmır.

Bunu jurnalistlərə açıqlamasında “Qazprom” sədrinin müavini Valeri Qolubev söyləyib.

“Bu gün “Qazprom” və digər rus şirkətləri Rusiyaya lazım olandan çox qaz əldə edirlər. Bu gün biz özümüz-özümüzü qazla təmin edirik. Nəyə görə kənardan qaz almalıyıq?” – deyə o bildirib.

Qeyd edək ki, “Qazprom”la Türkmənistan arasında münasibətlər keçən ildən gərginləşib. Nəticədə “Qazprom” türkmən qazını özbək qazı ilə əvəz etməyi planlaşdırıb. Üstəlik, ruslar türkmənləri onlara borclu olmaqda günahlandırıblar./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26