Interposta.Info

“Hökumət bu siyasəti yaxşı apara bilmir…” –

İqtisadiyyat
 6-01-2017, 16:12     604

“Hökumət bu siyasəti yaxşı apara bilmir…” –
Xəbər verdiyimiz kimi, iqtisadçı ekspert Vüqar Bayramov manatın taleyi ilə bağlı bədbin proqnozlarla çıxış edib. O, modern.az saytına açıqlamasında Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçəcəyi halda dolların 2,20-2,50 manat arasında bahalaşacığını deyib

interposta.info xəbər verir ki, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, Mərkəzi Bank belə bir addım atmayacaq:


“Mən inanmıram ki, liberal məzənnə siyasətinə keçid baş versin və 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik arasında dəyişsin. Ümumiyyətlə, Strateji yol xəritəsində məzənnə siyasətinin 2017-ci ildə dəyişdirilməsi göstərilib. Hesab edirəm ki, hardasa ilin ikinci yarısında manat buraxılması, yəni öz bazar dəyərini alması üçün sərbəst olacaq. Bu dəyərin nə qədər olub-olmayacağını bazar müəyyənləşdirir”.

Deputat hazırda neftin qiymətlərinin qalxmasının Azərbaycan üçün müsbət hal olduğunu bildirib: “Həmçinin idxal və ixrac əməliyyatlarının hansı səviyyədə olacağı da əsasdır. Əgər ixrac idxalı üstələyəcəksə, bu, manatın müəyyən qədər möhkəmlənməsinə kömək edəcək. Yəni, manatın ciddi ucuzlaşması və dəyərdən düşməsi baş verməyəcək. Bu isə hökumətin apardığı siyasətdən asılı olacaq. Bu siyasət müsbət istiqamətdə olarsa, əlbəttə manata ciddi təsir etməz. Amma müəyyən qədər də olsa ucuzlaşma baş verəcək”.

Vahid Əhmədov bildirib ki, Azərbaycanda dollarlaşmanın ən yüksək həddə olması banklara və manata etibarın olmaması ilə bağlıdır: “Biz manata olan etibarı bərpa edə bilmədik. Manat faktiki olaraq hazırda gündəlik ucuzlaşmaqda davam edir. Ona görə də insanlar manata və banklara etibar etmirlər. Vəsaitlərini dollarla saxlayırlar. Buna görə də hökumət müəyyən tədbirlər görməlidir. Banklar da insanlara dollarla kreditlərin qaytarılmasında güzəştə getməlidir ki, onlara etibar qalxsın. Bu hal baş verərsə, dolların qiymətinin əks istiqamətdə də getməsi mümkündür. Hələlik hökumət bu siyasəti yaxşı apara bilmədiyi üçün belə hal baş verir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26