Interposta.Info

DÇ-2026: ABŞ millisi 1/8 finalda

İdman
 Bu gün, 09:59     0

Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.
Goldmedia.az məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.
Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26