ÇL-da finalçılar müəyyənləşdi: Fransa-İngiltərə dueli olacaq
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Goldmedia.az xəbər verir ki, Almaniyanın "Bayern Münhen" klubu öz meydanında Fransanın PSJ komandasını qəbul edib.
Parisdə keçirilən ilk qarşılaşma -PSJ-nin 5:4 hesablı qələbəsi bitmişdi.
Cavab görüşündə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.
Matçın sonunda (90+4) "Bayern Münhen"in futbolçusu Harri Keyn bərabərlik qolunu vurub. Lakin iki oyunun nəticəsinə əsasən, PSJ finala vəsiqə qazanan tərəf olub.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında İngiltərənin "Arsenal" klubu öz meydanında İspaniyanın "Atletiko Madrid" komandasını minimal hesabla məğlub edərək finalda iştirakını təmin etmişdi.
Beləliklə, UEFA Çempionlar Liqasının finalında "Arsenal" PSJ ilə qarşılaşacaq.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


