Interposta.Info

Çempionlar Liqası: PSJ - "Bavariya" oyununda 9 qol vuruldu

İdman / Manşet
 29-04-2026, 09:37     111

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Goldmedia.az xəbər verir ki, raundun ilk matçında "PSJ" Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edib.

İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi qarşılaşma "Park de Prens" stadionunda baş tutub. Oyunda ilk qolu almanlar vursa da, qarşılaşma fransızların qələbəsi ilə yekunlaşıb - 5:4.

Paris klubunun heyətində Xviça Kvaratsxeliya (24, 56), Xuan Neves (33) və Usman Dembele (45+5, pen., 58) fərqləniblər.

Almaniya təmsilçisinin qollarını isə Harri Keyn (17, pen.), Maykl Olise (41), Dayo Upamekano (65) və Luis Fernando Dias (68) vurublar.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26