Interposta.Info

Kral ailəsinin yaramaz usağı -

Dünya
 8-07-2017, 22:54     976

İngiltərənin kral ailəsi illər boyunca dəyərli xatirələrini xalqla paylaşıb. Xeyirsevər işləri və yardımları ilə də ingilislərin ürəyinə girməyi bacarıb. Amma onlar da hamımız kimi insandılar. Zaman-zaman öz aralarında problem yaşayırlar, adları qalmaqallara qarışır. Xüsusən də şahzadə Harrinin. Bu günlərdə aktrisa Meqan Markle ilə münasibət yaşayan 32 yaşındakı Harri kral ailəsinin ən yaramaz uşağıdır. O, maqazin mediasının dilindən düşməyən həyat tərzi və davranışları ilə tanınır.

Keçdiyimiz günlərdə “Newsweek” jurnalına verdiyi müsahibəsində Harri anası şahzadə Diananın ölümündən sonra qorxduğunu, bunun da bəzi pis davranışlar göstərməsinə səbəb olduğunu qəbul etmişdi: “Etdiyim səhvləri düzəltməliyəm” deyən Harri bütün kədərini içində yaşadığını və bunun da illərlə davam edən qarmaqarışıqlığa səbəb olduğunu demişdi. Amma artıq o “pis oğlan” günləri geridə qalıb. Media isə həmin günləri unutmayıb.
Kral ailəsinin yaramaz usağı -


Reabilitasiya dönəmi

Narkotik maddə asılılığı olduğunu qəbul edən şahzadə Harri 17 yaşında ikən reabilitasiya mərkəzində müalicə olunmağa başladı. O günlərdə üst səviyyədə bir rəhbərlik mediaya verdiyi açıqlamada “2002-ci ilin yayında şahzadə Harrinin bəzi maddələrdən istifadə etdiyini öyrəndik” dedi. Galler şahzadəsi reabilitasiya təcrübəsinin son dərəcədə öyrədicə və təəccüblü olduğunu söylədi. Bir çox heroin asılılığı olan şəxs illərdir orada idi. Onlar şahzadəyə deyiblər ki, bu işə marixuna çəkərək başlayıb. O da bundan olduqca təsirlənib. Son nəticədə bu narkotik maddə məsələsi ailə içində tezliklə həll olundu və qapadıldı.

Dələduzluq iddiaları

Eton College’dən təqaüdə çıxan müəllim Sara Forsit 2004-cü ildə Harrinin tələbəsi olduğu dönəmdə yaşadığı bir hadisəni danışıb. İddiaya görə, Sara müəllimə Harrinin imtahanda köçürməsinə icazə verməsi ilə bağlı əmr almışdı.
Sara eyni zamanda məhkəmədə Harrinin Sandhurst'a qəbul edilməsinə yardımçı olan 2002 sənət layihəsi mətninin təxminən hamısını özünün yazdığını söylədi. İddiaları sübut etmək üçün Harri ilə özəl danışıqlarını gizlincə yazdırdı. Məhkəmə bu ifadə qarşısında şoka girdi. Amma sonucda nəyi necə etdilər, bilinməz, müəllimənin ifadəsini dəyişdirdilər. Nəhayət Harri təmizə çıxdı.

Clarence House sözçüsü isə dedi ki, “Harriyə qarşı ittihamların qüvvədən düşməsinə görə məmnunuq. Məhkəmə xanım Forsitin sübutlarına inanmadı”.
Kral ailəsinin yaramaz usağı -



Maqazin mediası ilə dava

2004-cü ildə Harri gecə klubunun çıxışında şəkillərini çəkən maqazin jurnalistləri ilə dava etdi. Kral ailəsi növbəti gün yaydığı açıqlamada hadisəni belə açıqladı: “Şahzadə Harri maşınına minmək istəyəndə ətrafını kameralar bürüdü. Kameranı itələmək istəyəndə fotoaparat bir operatorun üzünə dəydi və jurnalistin dodağı qanadı. Bu, bir qəzadır Polisin də xəbəri vardı. Onsuz da kimsə şikayətçi olmadı”.

Kostyum partisində uğursuz seçim

Harri bir dostunun kostyum partisinə qatılanda seçdiyi qiyafə ilə xeyli müzakirələrə səbəb olub. 2005-ci ildə baş tutan bu partinin şəkilləri də tezliklə mediada yayıldı. O zamanlar 20 yaşında olan Harri medianın qarşısına çıxaraq hər kəsdən üzr istədi və bunları dedi: “Hər hansı birinin xətrinə dəymişəmsə, incitmişəmsə, üzr istəyirəm. Kostyum partisi üçün edilə biləcək ən pis seçimdir”.

İrqçiliklə bağlı ittihamlar

2006-cı ildə Harrinin bir əsgəri “pakistanlı” deyə çağırdığı görüntülər yayılanda müsəlman qruplar, hərbi təşkilatlar və təbii ki, hökumət kral ailəsini amansızlıqla tənqid etməyə başladı. Ardınca bir görüntü daha ortaya çıxdı. Burada da Harri baş örtüsü taxan bir əsgəri nəzərdə tutaraq, ‘raghead’ deyirdi. Bu terminin Azərbaycan və Türkiyə türkcəsində hər hansı qarşılığı yoxdur. Təxminən “başına parça taxan” mənasına gəlir və olduqca arqo bir sözdür.
Kral ailəsinin yaramaz usağı -


Bu hadisədən sonra İngiltərə sarayı St. James’s Palace bir açıqlama yayımladı: “Şahzadə Harri bu ifadənin necə aqressiv olduğunu anlayır və buna görə də çox kədərlidir. Ancaq bunu da qeyd etməliyik ki, şahzadə öz əsgər yoldaşlarına qarşı heç bir pis niyyəti olmadan onlara ‘raghead’ ləqəbini qoyub.O gün də dostunu aşağılamaq kimi bir məqsəd daşımırdı. Şahzadə Harri bu termini Taliban və İraq inqilabçıları üçün də istifadə edir”.

Gecə üzmələri

2011-ci ildə Harri onu yenə manşetlərə daşıyan bir olaya imza atdı. Horvatiyadakı bir çılğın gecə klubunda əynindəki geyimləri ilə hovuza hoppanarkən görüntüləndi. Sonra da heç bir şey olmamış kimi yaş geyimləri ilə rəqs etməyə davam etdi.
Kral ailəsinin yaramaz usağı -


Çılpaq şəkil qalmaqalı

Sözügedən hadisədən bir gün sonra olimpiad üzgüçüsü Ryan Lochteylə Las Veqasda çılğın bir parti verərək bir dəfə daha manşetlərə çıxdı. Bu vəhşi gecədən bir neçə saat sonra Harrinin bir qadınla birlikdə çıxan çılpaq şəkilləri internetdə yayıldı. Harri hadisədən dərhal sonra təcili şəkildə İngiltərəyə qayıtdı. Kraliça Yelizavet və atası şahzadə Çarlzla bir araya gəldi,böyük ehtimalla danlandı. Amma media nənə və atasının onu necə danlaması barədə məlumatsızdır, sadəcə təxminlərini səsləndirir.

Sonra nə oldu: Kral ailəsi çılpaq şəkillərə media qadağası gətirdi, mediaya tədbir qərarı qoydu.

Halbuki vaxtilə ailənin ən dəcəli Harrinin kiçik qardaşı Villiam idi. Harri onun kölgəsində və qardaşına böyük qardaşlıq edən müdir pozisiyasında idi. Uşaqkən sarayın bağçasında bəslədikləri, yekə qulaqlı bir dovşanı vardı. Qardaşı ilə birlikdə dovşanın evini təmizləyir, bütün ehtiyacları ilə özləri maraqlanırdı.

Qoyunları da çox sevirdi. Su qablarını doldurur, saman verir və qoyunların arxasıyca qaaraq oyun oynayırdı. 3 yaşında bağçaya girdiy zaman ətrafındakılarla ayaqlaşa bilmirdi. O qədər səssiz və utancaq idi ki, sinfin ən qəddar uşaqları kiçik şahzadəni dolamağa başladılar. 3 yaşındakı qəddar uşaqlar isə çox qorxunc olur, bilirsiniz….
Kral ailəsinin yaramaz usağı -


Amma bir il sonra ibtidai sinfə öyrəşə bildi. Yeni ildə səhnələnən bir uşaq oyununda cırtdan adamı canlandırdı.

Anası ölən il sinifdə qaldı. Kollecə13 yaşında başlayacağına 14-də başladı. Növbəti illərdə 6 illik münasibət yaşadığı ilk ciddi sevgilisi olan Şelsi Devi ilə də Afrikada tanış oldu. Zimbabvedə torpaq sahibinin qızı olan Çelsi oğlan usage kimi çevik və cəsur idi. 6 illik ayrılıqlı-barışıqlı münasibətdən sonra dost qalmağa davam etdilər. Eton Kollecinin üçüncü kursunda olanda Harri partilərə alışmağa başladı. Qəzetlər Harrini gecə həyatına öyrəşdirdiyi üçün dostu Guy Pellini suçlayırdılar.
Ən yaxşı dostu Henry van Straubenzee 2002-ci ildə bir avtoqəzada həyatını itirdi.

İkinci ciddi münasibətini Cressida Bonas ilə yaşadı. Amma onların münasibəti də qısa müddət davam etdi. Şayiələrə görə, Cressida “kral olayı mənə tərsdir”kimi bir şey deyib. İndiki sevgilisi Meqan Markle ilə münasibətləri də evliliyə gedir. Meqan hazırda 'Suits' dizisində oynayan bir aktrisadır və Harri ilə 2016-cı ilin dekabr ayında tanış olublar, o gündən bəri də bir yerdədilər.
Kral ailəsinin yaramaz usağı -


Şahzadəyə yaxın qaynaqlar “Harri illərdir axtardığı xoşbəxtliyi Meqanda tapdı. Aralarında ciddi bir kimya var” deyir. Meghanın İnstaqram hesabı da kral heyranları tərəfindən təqibə alındı.

Keçdiyimiz günlərdə isə Harri sevgilisini atası şahzadə Çarlzla tanış etdi. Meqan addım-addın ailəyə yaxınlaşır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26