Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi - Yeni təyinat
Azərbaycanın kişilərdən ibarət ağırlıqqaldırma millisinin baş məşqçisi dəyişib.
"Report"un əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis Maxtı Makkayevlə yollar ayrılıb.
Onu bu postda Sərdar Həsənov əvəzləyib. S.Həsənov həm də qadınlardan ibarət yığmanın baş məşqçisi kimi işini davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası 2023-cü il dekabrın sonunda Maxtı Makkayevin baş məşqçi təyin olunduğunu açıqlamışdı.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


