Interposta.Info

Əliyar Ağayev Konfrans Liqasında

İdman
 17-02-2026, 14:14     27 477

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.

"İnterPosta"nın məlumatına görə, 38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 19-da, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26