Interposta.Info

"Kəpəz"in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

İdman
 4-02-2026, 09:37     23 154

Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanmasına ilə bağlı cinayət işi açılıb.

"İnterPosta" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

V.Rzayev xəstəxanaya yerləşdirilib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26