Interposta.Info

Azərbaycan millisi Danimarkaya uduzdu
 

İdman
 23-01-2026, 09:54     41 108

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Teleqraf xəbər verir ki, yeni ildə ilk matçına çıxan komandamız Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib. Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb.

Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb.

Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib və hesabı xeyrinə dəyişib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb.

Beləliklə ilk oyunda qələbəni (1:4) Danimarka futzalçıları qazanıb. Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26