Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı
Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.
Bu barədə "İnterPosta"ya Futzal federasiyasından bildirilib.
Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan–Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.
Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


