Interposta.Info

"Qarabağ"ın qış hazırlıq planı açıqlandı
 

İdman
 16-12-2025, 18:20     27 813

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

"İnterPosta"Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

Misli Premyer Liqasının XVI turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26