Interposta.Info

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək

İdman
 9-12-2025, 14:46     26 115

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"İnterPosta" xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26