Interposta.Info

AFFA İntizam Komitəsi 6 komandaya texniki məğlubiyyət verdi

İdman
 20-11-2025, 15:02     70 566


AFFA İntizam Komitəsi 6 komandaya texniki məğlubiyyət verdiAFFA-nın aşağı yaş qruplarından ibarət çempionatlarında iştirak edən 5 komanda, həmçinin Region Liqasının 1 təmsilçisi texniki məğlubiyyətlə cəzalandırılıb.

"İnterPosta" məlumat verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında "Atiq", "Lokomotiv" və "Dirçəliş" komandaları heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.
U-16 Qızlar Liqasında isə "Turan Tovuz" klubu "Təhsil" 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.
AFFA Region Liqasında keçirilən "Capital Baku" - "City Baku" matçının 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün "Capital Baku"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında İCBFA klubu "Quba" ilə matçda təyin edilən vaxtda meydanda olmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26