Interposta.Info

DÇ-2026: Azərbaycan - İslandiya oyununu kim idarə edəcək?
 

İdman
 11-11-2025, 16:33     20 377

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

"İnterPosta"xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.

Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26