Interposta.Info

AFFA-nın millimizə gətirmək istədiyi futbolçu Rusiya yığmasında

İdman
 29-10-2025, 11:49     21 711

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.

"İnterPosta" xəbər verir ki, o, Rusiya yığması İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə qarşılaşmalara dəvət alıb. Oyunlar noyabrın müvafiq olaraq 12-də, 15-də və 18-də keçirləcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nun yetirməsidir. Ülvi Babayev "Dinamo"nun Rusiya Kubokunda "Krilya Sovetov"la keçirdiyi matçda het-trik edib. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26