Avropa Kuboku: Azərbaycan təmsilçisi mübarizəni dayandırdı
Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda mübarizəni dayandırıb.
"İnterPosta"nın məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60.
Azərbaycan komandası ilk matçda 89:73 hesabı ilə üstün olsa da, rəqib mərhələ adlayıb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


