Interposta.Info

Azərbaycanlı futbolçu "Barselona"dan ayrıldı
 

İdman
 12-09-2025, 14:49     47 461

Azərbaycanlı qolkiper Eldar Tağızadənin "Barselona"dakı karyerası uzun çəkməyib.

"İnterPosta"Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.

Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.

Tağızadə "Barselona"nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.

Tağızadə hazırda klubsuzdur. "Neftçi"nin yetirməsi olan Eldar "Klermon" U-19, "Luqo", "Tudelano" klublarında çıxış edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26