Interposta.Info

“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

İdman
 13-08-2025, 09:44     21 902

Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ”ın buradakı rəqibi müəyyənləşib.

Yarışın 3-cü təsnifat mərhələsində "Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu "Ludoqorets”i qəbul edib. Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.

Cavab oyununda "Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və "Qarabağ”a rəqib olub.

"Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" "Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26