Interposta.Info

Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib

 

İdman
 16-07-2025, 22:58     48 385

Qurban Qurbanov Qarabağın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

"İnterPosta "nın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26