Interposta.Info

Azərbaycan çempionatının ən bahalı futbolçuları (SİYAHI)

İdman
 10-06-2025, 12:16     20 088


Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçular müəyyənləşib.

"Transfermarkt" portalı Azərbaycan çempionatında çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.

"Qarabağ"ın legioneri Leandro Andradenin dəyəri 500 min avro artaraq komanda yoldaşı Kadi Borgesə çatıb. Hər iki oyunçunun qiyməti 2,5 milyon avro göstərilib.

İlk "3-lüy"u Ağdam təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə (2 milyon avro) qapayır. O, 200 min avro artımla bu mövqedəki yerini möhkəmləndirib. Forvard həm də Premyer Liqanın ən bahalı yerli futbolçusudur.

Növbəti pillələrdə "Qarabağ"dan Aleksey Kaşuk (1,8 milyon avro, dəyişməyib), Mateuş Koxalski (1,5 milyon avro, dəyişməyib), Toral Bayramov (1,5 milyon avro, 300 min avro artıb), Yassin Benzia (1,2 milyon avro, dəyişməyib), Elvin Cəfərquliyev (1,2 milyon avro, 300 min avro artıb), Emmanuel Addai (1,2 milyon avro, dəyişməyib) və "Zirə"dən Salifu Suma (1,2 milyon avro, 350 min avro artım) qərarlaşıb.//Report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26