Interposta.Info

Azərbaycan çempionatında son 11 mövsümün rekordu qeydə alındı

 

İdman
 5-05-2025, 11:29     18 656

Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb.

"İnterPosta" xəbər verir ki, bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub.

Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək kİ, ötən gün başa çatan XXXIII turda üç bərabərlik olub. "Şamaxı” – "Səbail” və "Araz-Naxçıvan” – "Sabah” oyunları 1:1, "Neftçi” – "Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26