Interposta.Info

“Mançester Yunayted” Avrokuboklarda unikal nailiyyət əldə edib
 

İdman
 18-04-2025, 09:38     33 287

“Mançester Yunayted” Avropanın əsas matçının 120-ci dəqiqəsində iki qol vuran ilk komanda olub.

"İnterPosta" xəbər verir ki, bu barədə "OptaJoe" “X” sosial şəbəkəsində məlumat yayıb.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Yunayted” “Lion”u 5:4 hesabı ilə məğlub edib. İngiltərə klubu 120-ci dəqiqədə iki qol vurub: Kobbi Maynu və Harri Maquayr fərqlənib.

İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Mançester Yunayted” “Atletik”lə qarşılaşacağı turnirin yarımfinalına yüksəlib.

2025-ci ildə Avropa Liqasının finalı İspaniyanın "Atletik" klubunun ev stadionu San Mamesdə keçiriləcək. Turnirin hazırkı qalibi İtaliyanın “Atalanta” komandasıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26