Interposta.Info

Azərbaycanlı boksçuya ağır cəza - 48 ay...

İdman
 17-04-2025, 11:59     38 475

Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə "İnterPosta"ya Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırılıb.

F.Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26