Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri açıqlanıb.
"İnterPosta" xəbər verir ki, dünya çempionatı çərçivəsində keçiriləcək qarşılaşmaları 14 ölkənin referisi idarə edəcək.
Sevindirici haldır ki, onların arasında azərbaycanlı Rza Məmmədov da var. Mundialda bu referilər fəaliyyət göstərəcək:
Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26